Ən son xəbərlər:

08.12.2023/08:51/ Çin Yaponiyanın müdafiə xərclərini artırmasından narahatdır

Çin Yaponiyanın müdafiə xərclərini artırmasından narahatdır.

xeberaz.info xəbər verir ki, Çin Yaponiyanın müdafiə xərclərini artırmasından narahatdır və Tokionu qonşu ölkələrin təhlükəsizlik maraqlarına hörmətlə yanaşmağa çağırır. Bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib.

Son illərdə Yaponiya hərbi xərclərini əhəmiyyətli dərəcədə artırdı və hücum silahlarını inkişaf etdirməyə çalışdı, bu da regional ölkələr və beynəlxalq ictimaiyyət arasında böyük narahatlığa səbəb oldu.

Çin Yaponiyanı qonşu ölkələrin təhlükəsizlik maraqlarına səmimi şəkildə hörmətlə yanaşmağa, özünün təcavüz tarixini düşünməyə və hərbi ekspansiyaya haqq qazandırmaq üçün “Çin təhdidini” şişirtməyi dayandırmağa çağırır, – deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi belə bildirib.