Ən son xəbərlər:

08.12.2023/08:14/ UNESCO İtaliya operasını qeyri-maddi mədəni irs siyahısına daxil etdi

UNESCO İtaliya operasını qeyri-maddi mədəni irs siyahısına daxil etdi.

xeberaz.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 16-cı əsrin sonu və 17-ci əsrin əvvəllərində inkişaf edən İtalyan opera ənənəsini qeyri-maddi mədəni irs siyahısına daxil edib. Klaudio Monteverdi ilk ən məşhur opera bəstəkarı hesab olunur.

UNESCO operanı ictimai birliyə, sosial-mədəni yaddaşa və “nəsillər arasında dialoqa” töhfə verdiyini qeyd etdi.

İndi İtaliyada 60-a yaxın opera teatrı var ki, bu da dünyada ən yüksək saylı hesab olunur.

Yada salaq ki, bu ilin əvvəlində YUNESKO İtaliyanın məşhur turizm şəhəri Venesiyanı təhlükə altında olan dünya irsi obyektləri siyahısına daxil etməmək qərarına gəlib.