Ən son xəbərlər:

07.12.2023/08:44/ Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın xeyrinə istifadə etməyin yollarını araşdırır

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın xeyrinə istifadə etməyin yollarını araşdırır.

xeberaz.info xəbər verir ki, Bir sıra Aİ ölkələri Aİ Şurasına sədrlik edən İspaniyanın təqdim etdiyi təklifə əsasən, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın xeyrinə istifadə edilməsi planı ilə razılaşmır. Bu barədə “Politico” nəşri yazır.

Aİ rəsmiləri uzun müddətdir ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynanın xeyrinə istifadə etməyin yollarını araşdırır. Avropa Mərkəzi Bankı avroda qeyri-sabitliyə səbəb ola biləcəyindən ehtiyat edərək bu ideyanı bəyənmir.

Çərşənbə axşamı Aİ səfirləri İspaniyada Rusiya aktivləri ilə bağlı təklifi müzakirə ediblər. Madridin hesablamalarına görə, Rusiya Federasiyasının Aİ-də 2027-ci ilə qədər dondurulmuş suveren aktivləri 15-17 milyard avro qazana bilər ki, bu da Ukraynanın maraqları üçün istifadə oluna bilər.

Bir sıra səfirlər fikir bildiriblər ki, bu ideya Ukrayna iqtisadiyyatına lazım olan təkan verməyəcək və əvəzində Aİ ölkələrinin Ukraynanı dəstəkləmək öhdəliyinə xələl gətirə bilər.

Bəzi diplomatlar hesab edir ki, Madrid əslində bu təkliflə Aİ büdcəsindən bəzi vəsaitləri digər ehtiyaclara, məsələn, miqrasiya və ya rəqabət qabiliyyətinə yönəltməyə çalışır.

KİV-lərin məlumatına görə, Avropa Komissiyası dekabrın 12-də Aİ-də dondurulmuş Rusiyanın suveren aktivlərinin Ukraynanın xeyrinə istifadəsi üzrə yekun plan layihəsini dərc etməyə hazırlaşır.