Ən son xəbərlər:

07.12.2023/08:29/ Bakı Avropa İttifaqına daxil olmağa cəhd etməkdə heç bir məna görmür

Bakı Avropa İttifaqına daxil olmağa cəhd etməkdə heç bir məna görmür.

xeberaz.info xəbər verir ki, Azərbaycanın xarici siyasət konsepsiyasında Aİ-yə daxil olmaq məqsədi yoxdur. Bu, praqmatik yanaşmadır, çünki bizi heç vaxt orada qəbul etməyəcəklər və səbəbləri aydındır, – deyə Əliyev “Qarabağ: 30 ildən sonra Vətənə Qayıdış” beynəlxalq konfransında çıxışı zamanı belə bildirib.

Əliyev əlavə edib ki, Bakı Avropa İttifaqına daxil olmağa cəhd etməkdə heç bir məna görmür. Biz virtual deyil, real dünyada yaşayırıq. Yəni, Azərbaycan Aİ-yə qəbul edilmirsə, onda biz niyə bu qapını döyüb ev sahiblərini narahat etməliyik? Biz əməkdaşlıq və əlaqələr qurmağın yollarını tapmışıq, – deyə o qeyd edib.