Ən son xəbərlər:

07.12.2023/08:07/ SEPAH Fars körfəzində qaçaqmal yanacaq daşıyan iki neft tankerini saxlayıb

SEPAH Fars körfəzində qaçaqmal yanacaq daşıyan iki neft tankerini saxlayıb.

xeberaz.info xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri Fars körfəzində təxminən 4,5 milyon litr qaçaqmal yanacaq daşıyan iki neft tankerini saxlayıb. Bu barədə Tasnim agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, gəmilər Əbu Musa adasının sahillərində saxlanılıb. Tankerlərdən biri 2,28 milyon litr qaçaqmal yanacaq daşıyıb, göyərtəsində hamısı xarici vətəndaş olan 13 ekipaj üzvü olub. İkinci tanker 2,3 milyon litr qeyri-qanuni ixrac olunmuş neft daşıyırmış və göyərtəsində başqa dövlətlərin vətəndaşları olan 21 ekipaj üzvü olub.

Bütün qaçaqmalçılar nəzarətə götürülüb.