Ən son xəbərlər:

07.12.2023/07:58/ Pekin ABŞ-dan Çinin daxili işlərinə qarışmamasını tələb edir

Pekin ABŞ-dan Çinin daxili işlərinə qarışmamasını tələb edir.

xeberaz.info xəbər verir ki, Vaşinqton Tayvanın Çindən ayrılmasını müdafiə edən separatçı qüvvələrə dəstəyi dayandırmalıdır. Bunu Çinin xarici işlər naziri Van Yi ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Biz Birləşmiş Ştatlardan Çinin daxili işlərinə qarışmamasını və Tayvan tərəfdarı olan hər hansı bir müstəqil qüvvələri dəstəkləməməyi və ya göz yummamasını tələb edirik. Çin Xarici İşlər Nazirliyinin saytında Vanq Yi belə bildiririb.

Noyabrın sonunda Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan İşləri İdarəsinin nümayəndəsi Çen Binhua Tayvanın müstəqilliyinin müharibə demək olduğunu söyləyib.