Ən son xəbərlər:

06.12.2023/08:58/ Ermənistan növbəti dəfə KTMT-nin tədbirində iştirakdan imtina etdi

Ermənistan növbəti dəfə KTMT-nin tədbirində iştirakdan imtina etdi.

xeberaz.info xəbər verir ki, Ermənistan rəhbərliyi keçmiş SSRİ-nin sadiq respublikalarından toplanmış Kremlin hərbi blokunun fəaliyyətinə məhəl qoymamaqda davam edir. Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan KTMT-nin dekabrın 19-da Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib, Armenpress parlamentin rəsmi bəyanatına istinadən xəbər verir.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də Minskdə keçirilən və Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndələrini bir araya gətirən iclasına gəlməyib. Üstəlik, bundan əvvəl Ermənistan KTMT-dən ona dəstək verilməsi ilə bağlı sənədin gündəmdən çıxarılmasını xahiş edib, təşkilatın baş katibi İmanqali Tasmaqambetov belə bildirib.

Paşinyan bildirib ki, əməkdaşlıqdan imtina etməsinə baxmayaraq, Ermənistan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır, ancaq özünə və bloka gələcək addımlar barədə düşünmək üçün vaxt verir. Onun sözlərinə görə, İrəvan təhlükəsizlik sahəsində başqa tərəfdaşlar axtarır, lakin KTMT-ni tərk etməyi elan edənə və ya qərar verənə qədər strateji siyasətdə dəyişiklikləri açıqlamaq niyyətində deyil.