ABŞ Tayvanı silahlandırmaqda davam edəcək
xeberaz info xəbər verir ki, ABŞ prezidenti Co Bayden Vaşinqtonun Tayvana silah tədarükünü davam etdirmək niyyəti barədə Çin prezidenti Si Cinpinə məlumat verib. Bu barədə jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Prezident Bayden çox açıq şəkildə ÇXR sədrinə bildirdi ki, biz münaqişə axtarmırıq, biz Tayvan boğazında sülh və sabitlik axtarırıq və istədiyimiz budur, heç bir dəyişiklik yoxdur. Biz Tayvanın müstəqilliyini dəstəkləmirik, lakin ABŞ Tayvan Münasibətləri Aktına uyğun olaraq Tayvana müdafiə imkanları verməyə davam edəcəyik, – Ağ Ev sözçüsü belə bildirib