Ən son xəbərlər:

17.11.2023/08:49/ İsveç axtarışda olan şəxsi Türkiyəyə ekstradisiya edib

İsveç  axtarışda olan şəxsi Türkiyəyə ekstradisiya edib

xeberaz.info-nun xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, İsveç ölkədə fəaliyyəti qadağan edilən Kürdüstan Fəhlə Partiyası (PKK) işi üzrə axtarışda olan şəxsi Türkiyəyə ekstradisiya edib. Bu barədə “Yeni Şafak” qəzeti Türkiyə XİN rəhbərinin müavini Burak Akçapara istinadən məlumat yayıb.

Türkiyə parlamentinin xarici əlaqələr komissiyası cümə axşamı İsveçin NATO-ya üzvlük müraciətini araşdırmağa başlayacaq.

İsveç PKK işi ilə bağlı axtarışda olan şəxsi ekstradisiya edib, – qəzet belə yazır.