ABŞ Senatı Ukraynaya hərbi yardımı dəstəkləməyə bilər
xeberaz.info xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası cənub sərhədində təhlükəsizliyi təmin edə və ölkəyə gələn qeyri-qanuni miqrantların sayını azalda bilməsə, ABŞ Senatındakı Respublikaçılar Partiyasının nümayəndələri Ukraynaya əlavə hərbi yardımın göndərilməsini dəstəkləməyəcəklər. Bu barədə Amerikanın Semafor portalı qanunvericilərə və mənbələrə istinadən məlumat yayıb.
Sərhədi keçən qeyri-qanuni mühacirlərin sayını azaltmasanız, yeni Stinger raketləri və ya F-16 qırıcıları və ya başqa bir şey üçün pulunuz olmayacaq. Bu cür tədbirlər Ağ Evin qanuni funksiyalarını yerinə yetirməsi məsələsində intizam üçün lazımdır,- Respublikaçılar partiyasından olan senator Kevin Kramer Kramer nəşrə belə bildirib.
Portalın məlumatına görə, Respublikaçılar Partiyasının aparıcı nümayəndələri, o cümlədən Senatdakı Respublikaçı Azlığın lideri Mitch McConnell qanunsuz miqrasiya probleminin həlli tələbi ilə çıxış ediblər. Qanunvericilər xəbərdarlıq ediblər ki, siyasətçilər sərhəddə effektiv nəzarətlə bağlı razılığa gələ bilməsələr, partiya Kiyevə növbəti hərbi yardım tranşını dəstəkləməyəcək.