İsrail Qəzzada əməliyyatları dayandıra bilər.
xeberaz.info xəbər verir ki, İsrail Əl-Şifa xəstəxanasına nəzarəti bərqərar etdikdən sonra Qəzza zolağında əməliyyatı dayandırmağa hazırdır. Bu məlumatı “Financial Times” qəzeti mənbələrə istinadən yayıb.
Nəşrin yazdığına görə İsrail Müdafiə Qüvvələri bütün Əl-Şifanı nəzarətə götürdükdən sonra əməliyyat “pauzası”nı nəzərdən keçirməyə hazır olacaq.
Onun sözlərinə görə, İsrail hərbçiləri bu fasilədən kəşfiyyat məlumatlarını emal etmək və anklavdan keçən təchizat xətlərini gücləndirmək üçün istifadə etmək, daha sonra diqqətini Qəzza şəhərinin şərqinə və mərkəzinə yönəltmək istəyir.
Mənbələr bildiriblər ki, İsrail partnyorlarına xəstəxananın alınmasının Qəzza zolağının işğalında simvolik və əməliyyat mərhələsi olduğunu açıqlayıb.
Xatırladaq ki, ötən gecə İsrail ordusu xəstəxana ərazisinə daxil olub. İDF-nin məlumatına görə, Fələstinin HƏMAS hərəkatının əsas komanda məntəqələrindən biri bu ərazidə yerin altında yerləşir.