Ən son xəbərlər:

16.11.2023/08:28/ Hindistan Çinin iqtisadi inkişafını cilovlamaq üçün Qərblə əlaqə qurur

Hindistan Çinin iqtisadi inkişafını cilovlamaq üçün Qərblə əlaqə qurur.

xeberaz.info xəbər verir ki, Hindistan hökuməti Çinin iqtisadi inkişafını cilovlamaq səyləri çərçivəsində Qərb ölkələri ilə əlaqə qurur. İslamabad Siyasət Araşdırmaları İnstitutu tərəfindən təşkil edilən Marqalla Dialoqu 2023-ün açılış mərasimində çıxış edən Pakistanın Baş naziri Ənvar-ul-Haq Kakar belə bildirib.

Hindistan Çini cilovlamaq üçün qəribə bir cəhdlə Qərb yarımkürəsinə yaxınlaşır. İndiki rəqabət strateji xarakterdən daha çox iqtisadi xarakter daşıyır, – deyə siyasətçi qeyd edib.