Ən son xəbərlər:

15.11.2023/08:13/ Lukaşenko Paşinyanı tələsməməyə, tələsik qərarlar qəbul etməməyə çağırıb

Lukaşenko Paşinyanı tələsməməyə, tələsik qərarlar qəbul etməməyə çağırıb.

xeberaz.info xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanın Minskdə keçirilən KTMT sammitində iştirakdan imtina etməsinə reaksiya verərək, Ermənistan liderinə parçalanmağa yönələ biləcək növbəti addımları nəzərdən keçirməyi təklif edib. Bu barədə Belarus dövlət başçısının mətbuat katibi Natalya Eysmont iki ölkə liderləri arasında telefon danışığının təfərrüatları barədə danışarkən bildirib.

Prezident öz təcrübəsinə və oxşar situasiyalarda bəzi digər tanınmış siyasətçilərin hərəkətlərinə əsaslanaraq, Ermənistanın baş nazirini tələsməməyə, tələsik qərarlar qəbul etməməyə, parçalanmağa yönələ biləcək növbəti addımları ciddi düşünməyə dəvət edib, – Eismont belə bildirib. Onun sözlərini BelTA agentliyi sitat gətirib.