Almaniya 2024-cü ildə Ukraynaya hərbi yardımı iki dəfə artırmağı planlaşdırır.
xeberaz.info xəbər verir ki, Almaniya hökuməti gələn il Ukraynaya hərbi yardımı 4 milyard avrodan 8 milyard avroya çatdırmaq niyyətindədir. Bu barədə Almaniya Müdafiə Nazirliyindəki öz mənbələrinə istinadən Bild qəzeti yazıb.
Onun sözlərinə görə, Almaniya Maliyyə Nazirliyi 2024-cü il dövlət büdcəsinə Ukraynaya hərbi yardım üçün ilkin olaraq 4 milyard avro vəsait daxil edib, lakin onun hamısı artıq cari layihələrə ayrılıb, Müdafiə Nazirliyində isə yeni layihələr üçün cəmi 120 milyon avro qalıb.
Departament əlavə 5 milyard avro istəyib və bu həftə Nazirlər Kabineti 4 milyard avro ayırmağa qərar verib. Qəzet aydınlaşdırıb ki, Bundestaqın Büdcə Komitəsi müvafiq dəyişikliklərə gələn həftə baxmaq niyyətindədir.