Ən son xəbərlər:

13.11.2023/07:44/ BƏƏ ilə İsrail arasında diplomatik münasibətlərin pozulacağı istisna edilmir

BƏƏ ilə İsrail arasında diplomatik münasibətlərin pozulacağı istisna edilmir.

xeberaz.info xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fələstin-İsrail münaqişəsində ölənlərin sayının artması ilə bağlı hiddətə baxmayaraq, İsraillə diplomatik münasibətləri davam etdirməyi planlaşdırır. Bu barədə “Reuters” BƏƏ hökumətinin siyasətindən xəbərdar olan dörd mənbəyə istinadən məlumat yayıb.

Reuters yazır ki, İsrail səfiri Əbu-Dabidə olmaqda davam edir, diplomatik əlaqələrin kəsilməsi üçün heç bir ilkin şərt yoxdur. Qeyd edilir ki, Qəzza zolağı və İordan çayının qərb sahilindən Misirə və ya İordaniyaya fələstinlilərin köçürülməsi BƏƏ üçün qırmızı xətt olacaq. Bununla belə, mənbələr vəziyyətin daha da gərginləşəcəyi təqdirdə BƏƏ-nin münasibətlərin səviyyəsini aşağı sala və ya onları poza biləcəyini istisna etmir.