Ən son xəbərlər:

20.10.2023/18:44/ Argentinalı dünya çempionu Alexandro Qomez dopinqə görə diskvalifikasiya edilib

Argentinalı dünya çempionu Alexandro Qomez dopinqə görə diskvalifikasiya edilib.

xeberaz.info xəbər verir ki, futbolçunun dünya çempionatı başlamazdan bir müddət əvvəl götürdüyü dopinq testi qadağan olunmuş dərmanlara müsbət nəticə verdiyi məlum olub. Relevo bu barədə bildirir.

Nəşrin məlumatına görə, idmançı özü də bilmədən dopinq qəbul etdiyini etiraf edib. İddialara görə, o, uşaqlarından birinin şərbətini dadıb.

Qomez İtaliyanın “Monza” klubunun oyunçusudur. O, müxtəlif vaxtlarda “Kataniya”, “Metallist”, “Atalanta” və “Sevilya”da da çıxış edib.

Alejandro 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olduğu Argentina millisinin heyətində 17 oyun keçirib və üç qol vurub.