Ən son xəbərlər:

19.10.2023/17:09/ Dünya şəhrətli Misirli futbolçu Sinayda müharibəni dayandırmağa çağırıb

Dünya şəhrətli Misirli futbolçu Sinayda müharibəni dayandırmağa çağırıb.

xeberaz.info xəbər verir ki, Misir millisinin və İngiltərənin “Liverpul” komandasının məşhur futbolçusu Məhəmməd Salah aparıcı dövlətlərin liderlərinə İsrail və Qəzza zolağında hərbi əməliyyatları dayandırmaq tələbi ilə açıq şəkildə müraciət edib.

Salah sosial şəbəkələrdə beynəlxalq ictimaiyyətə video mesaj yazaraq, İsrail və Fələstin arasındakı problemin sülh yolu ilə həllində israrlı olduğunu, xüsusilə də İsrail ordusunun Qəzza zolağına qarşı təmizləmə əməliyyatı keçirdiyi Qəzza zolağında mülki əhalinin problemlərinə diqqət çəkdiyini bildirib.

Məşhur futbolçu bildirib ki, bütün dünyanın qarşısında həddən artıq zorakılıq və ürəkağrıdıcı qəddarlıq baş verir. Amma bütün həyatlar müqəddəsdir, hər kəs qorunmalıdır. Buna son qoyulmalıdır. Və tamamilə aydındır ki, humanitar yardımlar dərhal onlara çatdırılmalıdır.