Ən son xəbərlər:

19.10.2023/10:55/ Neymar dizindən aldığı ciddi zədə səbəbindən bu il oynamayacaq

Neymar dizindən aldığı ciddi zədə səbəbindən bu il oynamayacaq.

xeberaz.info xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Uruqvaya qarşı oyunda Neymar dizindən aldığı zədə səbəbindən birinci hissənin sonlarında əvəzlənib.

“Əl-Hilal” klubunun mətbuat xidmətindən verilən məlumata görə, futbolçu tibbi müayinədən keçib və nəticədə çarpaz bağın zədələnməsi və menisküsün cırılması aşkarlanıb.

Neymar əməliyyat olunacaq və təxmini sağalma müddəti altı ay olacaq.

Səudiyyə Ərəbistanına köçdükdən sonra Neymar “Əl-Hilal”ın heyətində cəmi 5 oyun keçirib və bir qol vurub.