Ən son xəbərlər:

17.10.2023/07:04/ Belçika-İsveç oyunu terror aktı səbəbindən yarımçıq qalıb

Belçika-İsveç oyunu terror aktı səbəbindən yarımçıq qalıb.

xeberaz.info xəbər verir ki, Brüsseldə baş verən terror aktı səbəbindən Belçika və İsveç milli komandaları arasında futbol oyunu başa çatmayıb.

Görüş Brüsseldə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsinin səkkizinci turu çərçivəsində baş tutub. Futbolçular 45 dəqiqə meydanda olub və ikinci hissəyə qayıtmayıblar.

Buna səbəb Belçikanın paytaxtında naməlum şəxsin atəş açmağa başlamasıdır. İsveç millisinin iki azarkeşi terrorçunun qurbanı olub. Daha bir neçə nəfər yaralanıb.

Hücum edən şəxsin Brüsselin mərkəzinə narıncı rəngli üst geyimdə mopedlə gəldiyi məlum olub.

Brüsseldə insanları güllələyən cinayətkar videomüraciət yazıb

Hər iki komanda və yerli hakimiyyət orqanları ilə məsləhətləşmələrdən sonra matçın davam etdirilməməsi qərara alınıb, – UEFA-nın mətbuat xidmətindən belə bildiriblər.

Görüşün ilk yarısında komandalar hərəyə bir qol vurub. İsveçlilərdən 15-ci dəqiqədə Viktor Cekeres, belçikalılardan isə 31-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Romelu Lukaku fərqləniblər.