Ən son xəbərlər:

16.10.2023/13:01/ İspaniya, Şotlandiya və Türkiyə futbolçuları Avro-2024-ün finalçılar siyahısına daxil olub

İspaniya, Şotlandiya və Türkiyə futbolçuları Avro-2024-ün finalçılar siyahısına daxil olub.

xeberaz.info xəbər verir ki, 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının növbəti mərhələsindən sonra finalçılar siyahısı genişlənib. Belə ki,  İspaniya və Şotlandiya milliləri A qrupundan,  Türkiyə yığması isə D qrupundan Avro-2024-ün finalçılar siyahısına daxil edilib.

İspaniyalı futbolçular super hücumçu Erlinq Haalandın rəhbərlik etdiyi norveçli rəqibini 1:0 hesabı ilə səfərdə məğlub edib. İspanlar 15 xal toplayaraq qrupda 1-ci yeri tutub və baş-başa görüşlərdə Şotlandiyanı qabaqlayıb. 10 xal toplayan Norveç komandası qalan matçda bu komandalara çata bilməyəcək.

D qrupunda Türkiyə komandası evdə Latviyanı 4:0 hesabı ilə məğlub edib və 16 xal toplayaraq qrupda inamla 1-ci yeri tutur. Uels və Xorvatiyanın 10 xalı var, amma hər halda türklər qalib gələn iki komandadan biri olacaq.