Dünya çempionatının seçmə mərhələsində Paraqvay futbolçusu Messiyə tüpürüb.
xeberaz.info xəbər verir ki, Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Argentina – Paraqvay matçında Lionel Messi ilə bağlı insident baş verib. Rəqiblərindən biri onun kürəyinə tüpürrüb. Epizod yayım operatoru tərəfindən lentə alınıb.
Hadisə rəqiblər arasında şifahi mübahisədən sonra baş verib. Messi ondan üz döndərdikdən sonra Antonio Sanabria onun kürəyinə tüpürüb. Hakim epizodu görməyib və paraqvaylıya qarşı heç bir sanksiya tətbiq etməyib.
Tüpürmə hadisəsini Messi özü matç bitdikdən sonra bilib. O, rəqibinin hərəkətinə fikir vermədiyini etiraf edib.