Ən son xəbərlər:

10.10.2023/10:59/ İtaliya çempionatının səkkizinci turunda hakim hər iki komandanın qapıçılarını meydandan qovub

İtaliya çempionatının səkkizinci turunda hakim hər iki komandanın qapıçılarını meydandan qovub.

xeberaz.info xəbər verir ki, Genuyada futbol üzrə İtaliya çempionatının səkkizinci turunun “Genoa” – “Milan” oyunda digər oyunlardan fərqi hadisə baş verib. Oyunun hakimi hər iki komandanın qapıçılarını meydandan uzaqlaşdırıb.

Əvvəlcə “Milan”ın qapıçısı Mayk Maignan qırmızı vərəqə alıb. Onun qapıdakı yerini klubun hücumçusu Olivye Jiru tutub. Cəmi 4 dəqiqə sonra isə “Cenoa”nın qapıçısı Xosep Martines meydandan qovulub. Onu başqa qapıçı Kony De Vinter əvəzləyib.

SE-nin məlumatına görə, görüşün nəticəsində “Milan” 1:0 hesabı ilə qalib gələrək İtaliya çempionatının turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.