MLS-in mövsümü başa çatdıqdan sonra “İnter Mayami” Messini Səudiyyə Ərəbistanına icarəyə verə bilər.
xeberaz.info xəbər verir ki, Dünya çempionu, “İnter Mayami” komandasının argentinalı hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının çempionat klubunda icarəyə götürülə bilər. Bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
Liqa klublarından biri oktyabrda MLS-in müntəzəm mövsümü başa çatdıqdan sonra Messini icarəyə götürməyi düşünür. Jurnalist sosial şəbəkələrdə belə yazıb.
Qeyd edək ki, “İnter Mayami” turnirin pley-off mərhələsinə çıxmaq şanslarını vaxtından əvvəl itirib. Yeni mövsüm fevralın sonu – martın əvvəlində başlayacaq.
Messi bu yay “İnter Mayami”nin hücumçusu olub. Xatırladaq ki, o, MLS-in bu mövsümündə beş matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib.