Ən son xəbərlər:

09.10.2023/23:13/ Məşqçilik karyerasına “Qalatasaray”da başlayan Riera “Bordo”ya rəhbərlik edəcək

Məşqçilik karyerasına “Qalatasaray”da başlayan Riera “Bordo”ya rəhbərlik edəcək.

xeberaz.info xəbər verir ki, Albert Riera “Bordo”nun baş məşqçisi təyin olunacaq. Fabrizio Romano sosial şəbəkələrdə məlumat yayıb ki, tərəflər müqavilə imzalamaq üçün razılığa gəliblər.

“Bordo” Liqa 2-də oynayır və 10 turdan sonra turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Klub şənbə günü David Guyonu baş məşqçi vəzifəsindən azad edib.

41 yaşlı Riera məşqçilik karyerasına “Qalatasaray”da başlayıb. 2022-ci ilin yayında o, “Olimpia Lyublyana”ya rəhbərlik edib və bir il sonra orada Sloveniyada “Celje”yə işləməyə gedib.

Xatırladaq ki, Riera futbolçu kimi “Liverpul”, “Espanyol”, “Qalatasaray”, “Bordo” və digər komandalardakı çıxışları ilə tanınır. O, İspaniya millisində 16 oyun keçirib.