Ən son xəbərlər:

09.10.2023/05:39/ UEFA vəziyyətlə bağlı İsraildə keçiriləcək bir sıra oyunları qeyri-müəyyən müddətə təxirə saldı

UEFA vəziyyətlə bağlı İsraildə keçiriləcək bir sıra oyunları qeyri-müəyyən müddətə təxirə saldı.

xeberaz.info xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı  İsraildə keçiriləcək rəsmi oyunların qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb.

UEFA-nın açıqlamasında Mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq, İsraildə qarşıdakı bir neçə həftə ərzində keçirilməsi planlaşdırılan bütün matçların təxirə salınması barədə qərar qəbul edilib.

Təxirə salınan matçların siyahısına 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də baş tutmalı olan İsrail və İsveçrə oyunu da daxil edilib.

Bundan əlavə, təşkilat vəziyyəti izlədiyini və qarşıdakı matçlarla bağlı hər hansı qərar qəbul etməzdən əvvəl bütün iştirakçı komandalarla əlaqə saxlayacağını qeyd edir.