Bolqarıstan S-300 raket sistemlərini Ukraynaya verəcək.
xeberaz.info xəbər verir ki, Bolqarıstan təmirə ehtiyacı olan S-300 zenit-raket sistemlərini Ukraynaya verəcək.
Ötən gün Bolqarıstan parlamentariləri Ukraynaya əlavə hərbi yardım göstərmək qərarına gəliblər. Hərbi yardıma təmirə ehtiyacı olan S-300 zenit-raket sistemləri üçün raketlər, həmçinin Bolqarıstan ordusunun qəbul etmədiyi avtomatik atıcı silahlar üçün sursatlar daxildir.
Qərar qapalı iclasda qəbul edilib.