Ən son xəbərlər:

28.09.2023/05:59/ Amerika şirkətləri Polşada ilk atom elektrik stansiyası tikəcək

Amerika şirkətləri Polşada ilk atom elektrik stansiyası tikəcək.

xeberaz.info xəbər verir ki, Amerikanın Westinghouse və Bechtel şirkətləri Polşanın ilk atom elektrik stansiyasını tikəcəklər. Bu barədə ölkənin baş naziri Mateuş Moravetski layihələndirmə işlərinin həyata keçirilməsinə dair sazişin imzalanması mərasimində bildirib.

Westinghouse və Bechtel Polşanın ilk ultra müasir və ultra təhlükəsiz atom elektrik stansiyasını yaratmaq üçün Polşa subpodratçıları ilə birgə işləyəcək.

Mən bu razılaşmadan məmnunam. Çox şadam ki, çətin danışıqlar yolu ilə bu günə çata bildik. Biz Polşa-Amerika münasibətlərinin yeni dövrünü, əməkdaşlığın yeni dövrünü və Polşa iqtisadiyyatı sahəsində yeni eraya  başlayırıq, – deyə Moravetski əlavə edib.