Yüksək tələbat və ixrac qadağası Rusiyada benzinin bahalaşmasına səbəb oldu.
xeberaz.info xəbər verir ki, Rusiya Federasiyasında benzin və dizelin bazar qiyməti yanacağın ixracına qoyulan qadağaya baxmayaraq yenidən qalxıb. Bu barədə “Kommersant” yazır.
Rusiya Yanacaq İttifaqının vitse-prezidenti Rinat Fəttaxovun sözlərinə görə, birjada bütün ticarət tarixində yanacağın qiymətlərindəki ən böyük azalmadan sonra qiymətlərdə gözlənilən artım baş verib.
Yanacaq bazarı üzrə ekspert Mixail Turukalovun sözlərinə görə, birjada yanacağın qiymətinin qalxmasına səbəb bazar iştirakçılarının məhdudiyyətlərin qısamüddətli olduğuna inanması olub. Sənaye nümayəndələrinin fikrincə, tədbirlər uzanarsa, neft şirkətləri emalını, sonra isə yanacaq istehsalını azaltmağa məcbur olacaqlar.