Fransanın “Marsel” klubuna İtaliyalı Qattuzo rəhbərlik edəcək.
xeberaz.info xəbər verir ki, Fransanın “Marsel” klubunun yeni baş məşqçisinin adı məlum olub. Bu, italiyalı mütəxəssis Cennaro Qattuzo olacaq.
Paris Saint-Germain-ə 0:4 hesabı ilə böyük hesablı məğlubiyyətdən sonra “Marsel”in baş məşqçisi Marselino Qarsiya Toral istefa verib. Amma yaxın vaxtlarda “Marsel” özünə yeni baş məşqçi tapacaq. Bu postu son iş yeri İspaniyanın “Valensiya”sında olan Cennaro Qattuzo tutacaq. Qattuzo 2023-cü ilin yanvarından işsizdir.
İspaniyalı Marselino Qarsiya Toral iyun ayından Fransa klubunu çalışdırıb. “Marsel” onun rəhbərliyi altında cəmi 7 görüş keçirə bilib. 6 turdan sonra marsellilər Fransa çempionatında səkkizinci pillədə qərarlaşıb.