Ən son xəbərlər:

27.09.2023/17:05/ Polşa 2036-cı il Yay Oyunlarına ev sahibliyi etməyə üçüncü namizəddir

Polşa 2036-cı il Yay Oyunlarına ev sahibliyi etməyə üçüncü namizəddir.

xeberaz.info xəbər verir ki, 2036-cı il Yay Olimpiya Oyunları Polşada keçirilə bilər. Ölkə prezidenti Anjey Duda ərizə vermək niyyətində olduğunu açıqlayıb.

Polşa Olimpiya Komitəsi, İdman Nazirliyi və hökuməti ilə məsləhətləşmələrdən sonra mən 2036-cı ildə Olimpiya Oyunlarının təşkili üçün mübarizə aparmaq ambisiyamızı və niyyətimizi bildirmək istərdim, – onun sözlərini “Reuters” sitat gətirib.

Beləliklə, Polşa 2036-cı il Yay Oyunlarına ev sahibliyi etməyə üçüncü namizəd olacaq. Bu işdə onun rəqibləri İndoneziya və Meksikadır. Polşa heç vaxt Yay və Qış Olimpiya Oyunlarına ev sahibliyi etməyib.