Latviya hakimiyyəti Belarusu Avropa İttifaqına miqrasiya təzyiqi yaratmaqda ittiham edir.
xeberaz.info xəbər verir ki, Latviya prezidenti Edqars Rinkeviçlə Almaniyanın müdafiə naziri Boris Pistorius arasında aparılan danışıqlardan sonra Riqanın xüsusilə qeyri-qanuni miqrantların kütləvi axını halında Rusiya və Belarusla sərhədlərini tamamilə bağlamağa hazır olduğunu bildirən press-reliz yayılıb.
Bundan əlavə, tərəflər Latviya və Belarus sərhəddində hibrid hücumların mümkünlüyünü müzakirə ediblər, – Latviya prezidentinin ofisinin bəyanatında belə deyilir.
Avqustun əvvəlində qanunsuz miqrant axınına görə Latviya Belarusla həmsərhəd ərazilərdə 2021-ci il avqustun 11-dən qüvvəyə minmiş fövqəladə vəziyyət rejimini bir daha uzadıb.
Latviya hakimiyyəti Belarusu Avropa İttifaqına miqrasiya təzyiqi yaratmaqda ittiham edir, Minskdə isə Riqanın bu bəyanatlarını əsassız adlandırırlar, – TASS belə xatırladır.