Ən son xəbərlər:

27.09.2023/10:19/ Estoniyanın ABŞ-dakı fəxri konsulları şəbəkəsinin genişləndirilməsi planlaşdırılır

Estoniyanın ABŞ-dakı fəxri konsulları şəbəkəsinin genişləndirilməsi planlaşdırılır.

Xərclərin azaldılması proqramının bir hissəsi kimi Estoniya Nyu-York və San-Fransiskodakı baş konsulluqlarını bağlayacaq

xeberaz.info xəbər verir ki, Estoniya Xarici İşlər Nazirliyi 2024-cü ilin yayından başlayaraq Nyu York və San-Fransiskodakı baş konsulluqların bağlanacağını və 45 vəzifənin ixtisar ediləcəyini açıqlayıb. Bu, xərclərin azaldılması proqramının bir hissəsi kimi baş verəcək.

Bu tədbirlərlə eyni vaxtda Estoniyanın Vaşinqtondakı səfirliyi əlavə iki diplomatla gücləndiriləcək. Onlardan birinin konsulluq funksiyalarını yerinə yetirəcəyi, ikincisinin isə iqtisadi diplomatiya ilə məşğul olacağı izah edilir.

Bundan əlavə, Estoniya vətəndaşlarına və bu ölkədəki biznes nümayəndələrinə yardım göstərən Estoniyanın ABŞ-dakı fəxri konsulları şəbəkəsinin genişləndirilməsi planlaşdırılır.