Ən son xəbərlər:

27.09.2023/08:23/ Texasdakı hərbi poliqonda Moldova və ABŞ hərbçilərinin birgə təlimləri keçirilib

Texasdakı hərbi poliqonda Moldova və ABŞ hərbçilərinin birgə təlimləri keçirilib.

xeberaz.info xəbər verir ki, Sentyabrın 8-dən 24-dək Texasdakı hərbi poliqonda Moldova və Amerika Birləşmiş Ştatlarının Sage Eagle ordularının xüsusi təyinatlı bölmələrinin birgə təlimləri keçirilib. Bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimdə məqsəd bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq olub. Əsgərlər canlı atəşlər, paraşütlə tullanmalar, JAVELIN simulyatorunda təlimlər keçirib və digər xüsusi tapşırıqları yerinə yetiriblər, – məlumatda belə deyilir.

Ötən həftə ABŞ ordusu Moldovada keçirilən “Rapid Trident” təlimində iştirak edib. Bu il respublikanın hakimiyyət orqanları hərbi büdcəni 68% artıraraq 1,5 milyard leyə (89 milyon dollar) çatdırıb ki, bu da ÜDM-in təxminən 0,5%-ni təşkil edir. Qərb dövlətləri də ölkəyə hərbi və maliyyə yardımı göstəriblər.