Sandu “cinayətkar qrup” namizədlərinin seçiləcəyi şəhərlərin maliyyəsini kəsəcəyini bildirib.
xeberaz.info xəbər verir ki, Moldova prezidenti Maia Sandu noyabrın 5-də keçiriləcək yerli seçkilərdə, “cinayətkar qrupları” təmsil edən namizədlərin qalib gələcəyi yaşayış məntəqələrinin maliyyəsini kəsməklə hədələyib.
Mən çox açıq şəkildə demək istəyirəm: insanların nədənsə cinayətkar qrupların nümayəndələrini seçdiyi yerdə kəndlərin və şəhərlərin inkişafı üçün Avropa pulu olmayacaq, – o, yerli TV-8 telekanalında belə deyib.
Eyni zamanda, dövlət başçısı kimi və hansı meyarlara görə “cinayətkar” hesab etdiyini, onların seçkilərdə necə iştirak edəcəyini açıqlamayıb.