Ən son xəbərlər:

27.09.2023/06:49/ Gürcüstan prezidenti hökumətin icazəsi olmadan yenidən xarici turneyə çıxıb

Gürcüstan prezidenti hökumətin icazəsi olmadan yenidən xarici turneyə çıxıb.

xeberaz.info xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan hökumətinin icazəsi olmadan Latviya, Litva və Estoniyaya səfər edib. Bu barədə TASS-a Gürcüstan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

“Salome Zurabişvilinin Baltikyanı ölkələrə səfər etmək icazəsi yox idi”, – mətbuat xidmətinin əməkdaşı belə bildirib.

Zurabişvilinin administrasiyası bazar ertəsi bildirib ki, Gürcüstan lideri respublikanın Aİ üzvlüyünə namizəd statusunu müzakirə etmək üçün Baltikyanı ölkələrə səfər edir. Gürcüstan prezidenti Tallinndə prezident Alar Karislə, Latviyada prezident Edqars Rinkeviçlə, Vilnüsdə Litvanın rəhbəri Gitanas Nauseda ilə görüşəcək.