Zaxarova Ermənistanın Qarabağda hərbi əməliyyatların dayandırılması çağırışını şərh edib.
xeberaz.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Xarici İşlər Nazirliyinin Rusiya sülhməramlılarını Qarabağda Azərbaycan tərəfdən hərbi əməliyyatların dayandırılması üçün tədbirlər görməyə cəlb etmək çağırışını şərh edib.
Bəs Rəsmi İrəvanın Dağlıq Qarabağı Azərbaycana məxsus kimi tanıması necə olsun?” – diplomat öz Telegram kanalında belə yazıb.
Bundan əlavə, İrəvan BMT Təhlükəsizlik Şurasını da Bakının hərbi əməliyyatını dayandırmaq üçün yardım və tədbirlər görməyə çağırıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ da nəzərə alınmaqla Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə tanıyıb. Onun sözlərinə görə, bu, Ermənistan ərazisini qorumaq üçün edilib.