İran prezidenti Moskva ilə Kiyev arasında danışıqlarda vasitəçi olmağı təklif edib.
xeberaz.info xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Ukraynadakı münaqişəni pisləyib və Moskva ilə Kiyev arasında danışıqlarda Tehrana vasitəçi olmağı təklif edib, Newsweek bu barədə yazır.
Biz dəfələrlə bəyan etmişik ki, Rusiya Federasiyası ilə Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün vasitəçi kimi çıxış etməyə hazırıq, – nəşr onun sözlərindən sitat gətirir.
O bildirib ki, Vaşinqton Kiyevə külli miqdarda silah göndərməklə münaqişədə sabitlik yaranmasını pozur.