Ən son xəbərlər:

19.09.2023/16:03/ Ərdoğan bir neçə dəfə onun sözünü kəsən amerikalı jurnalistə sərt cavab verdi

Ərdoğan bir neçə dəfə onun sözünü kəsən amerikalı jurnalistə sərt cavab verdi.

xeberaz.info xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ömürlük həbs cəzası alan Osman Kavala ilə bağlı sualı cavablandırarkən onun sözünü kəsməyə çalışan Amerikanın PBS telekanalının əməkdaşına sərt cavab verib.

Əgər məhkəmə bu istiqamətdə qərar veribsə, o zaman məhkəmənin bu qərarına hörmətlə yanaşaq. Mən məhkəmə adından danışa bilmərəm, – Ərdoğan belə bildirib.

O, bir neçə dəfə onun sözünü kəsməyə çalışan jurnalist Əmna Nəvaza narazılığını bildirib.

Sənin sözümü kəsməyə haqqın yoxdur, məhkəmənin qərarına hörmət etməlisən, – deyə siyasətçi bildirib.

Osman Kavala türkiyəli sahibkar və xeyriyyəçi, Anadolu Kültür AŞ mədəniyyət fondunun yaradıcısıdır. O, etnik və dini azlıqları dəstəkləyir, Türkiyə və Ermənistan vətəndaşları arasında barışığı, eləcə də kürd probleminin sülh yolu ilə həllini müdafiə edir.

Türkiyədə o, 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunurdu.