Ən son xəbərlər:

19.09.2023/15:39/ Bakı Qarabağda antiterror tədbirlərinin başladığını elan edib

Bakı Qarabağda antiterror tədbirlərinin başladığını elan edib.

xeberaz.info xəbər verir ki,  Azərbaycanın Müdafiə Nazirliyi Dağlıq Qarabağda konstitusiya quruluşunun bərpası əməliyyatına başladığını elan edib.

Azərbaycanın konstitusiya quruluşunun bərpası məqsədilə Qarabağda lokal antiterror tədbirlərinə başlanılıb, – nazirlikdən belə bildirilib.

Nazirlikdən əlavə ediblər ki, yüksək dəqiqlikli silahlardan istifadə etməklə silahlı erməni separatçılarının mövqelərini sıradan çıxaracaqlar.