Ən son xəbərlər:

19.09.2023/10:39/ Ukrayna taxılı ölkələrin bazarlarında sabitliyi poza bilər

Ukrayna taxılı ölkələrin bazarlarında sabitliyi poza bilər.

xeberaz.info xəbər verir ki, Ukrayna taxılının idxalına qadağa bir sıra Avropa ölkələrinin suveren qərarıdır. Bu barədə Ağ Evin sözçüsü Con Kirbi brifinq zamanı bildirib.

Bunlar suveren qərarlardır,- Kirbi belə qeyd edib. Vaşinqton bir sıra tərəfdaşların Ukraynadan taxıl idxalı ilə bağlı narahatlığından xəbərdardır. Eyni zamanda o əlavə edib ki, ABŞ Ukrayna taxılını dünya bazarında görmək istəyir.

Sentyabrın 14-də Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişafı naziri Kşiştof Telus bildirib ki, Ukrayna taxılı Avropa İttifaqı üçün təhlükədir, çünki o, ölkələrin bazarlarında sabitliyi poza bilər.