Ən son xəbərlər:

19.09.2023/06:33/ Türkiyə lideri Ukrayna münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə hazırdır

Türkiyə lideri Ukrayna münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə hazırdır.

xeberaz.info xəbər verir ki, Türkiyə Ukrayna münaqişəsinin həllində diplomatiyaya üstünlük verəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə ədalətli sülhün bərqərar olması ilə Rusiya-Ukrayna münaqişəsini sona çatdırmaq üçün səy göstərir, – TASS Ərdoğandan sitat gətirir.

Onun sözlərinə görə, Ankara davamlı sülhün bərqərar olması və dostlarının sayını artırmaq üçün diplomatiyaya üstünlük verəcək.

Bundan əvvəl Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra Ukraynada sülhün əldə olunması üçün hələlik perspektivlərin olmadığını bildirmişdi. Eyni zamanda, Türkiyə lideri münaqişənin həllində vasitəçi kimi çıxış etməyə hazır olduğundan danışıb.