Ən son xəbərlər:

18.09.2023/16:29/ Polşa taxıl probleminə görə Ukraynanın Aİ-yə üzvlüyünə mane ola bilər

Polşa taxıl probleminə görə Ukraynanın Aİ-yə üzvlüyünə  mane ola bilər.

xeberaz.info xəbər verir ki, Polşa taxıl məsələsi həll olunmasa, Ukraynanın Avropa İttifaqına daxil olmasına mane olacaq. Bu barədə Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişafı naziri Robert Telus bildirib.

Hazırda mövcud olan prinsipə görə, Polşa kənd təsərrüfatı heç vaxt Ukraynanın kənd təsərrüfatını üstələməyəcək. Orada bir neçə yüz min təsərrüfat var. Bu, tamamilə fərqli kənd təsərrüfatıdır, ona görə də bizim mövqeyimiz bu qədər sərtdir, – Telus belə qeyd edib.

Nazir xatırladıb ki, Ukraynaya Aİ-yə üzv olmaq üçün yerinə yetirilməli olan şərtlərin siyahısı təqdim olunub. Üstəlik, bu şərtlər kifayət qədər sərt şəkildə qoyulub.

İndi Telus hesab edir ki, Polşanın Ukrayna qarşısında oxşar şərtlər irəli sürməyə tam haqqı var.