Ən son xəbərlər:

18.09.2023/09:37/ Azərbaycanın Qarabağ iqtisadi rayonunda yüklərin çatdırılması üçün yollardan paralel istifadə olunacaq

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yüklərin çatdırılması üçün yollardan paralel istifadə olunacaq.

xeberaz.info xəbər verir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər üçün nəzərdə tutulmuş Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ərzaq və dərman yükü daşıyan avtomobili Laçın sərhəd-keçid məntəqəsindən ölkə ərazisinə daxil olub; yük maşını hazırda Ağdam-Xankəndi yolu ilə Xankəndi istiqamətində hərəkət edir.

BQXK-nın Bakı ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bazar ertəsi səhər Ağdamda jurnalistlərə bildirib ki, BQXK Qarabağda yaşayan ermənilərə un və dərman çatdıracaq.

Biz qərar qəbul edənlərin konsensusa gəlməsindən çox məmnunuq. Ümid edirik ki, bu, lazımi yardımın davamlı şəkildə çatdırılmasına töhfə verəcək”, – deyə o vurğulayıb.

Bir gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağdakı ermənilərə yüklərin çatdırılması üçün sentyabrın 18-dən Ağdam və Laçın yollarının paralel istifadəsinə dair razılığın əldə edildiyini açıqlamışdı. Eyni zamanda yüklərin çatdırılması Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilir. Malların çatdırılması BQXK tərəfindən həyata keçiriləcək.