Ən son xəbərlər:

18.09.2023/08:50/ Sullivan və Wang Yi Tayvan və Ukraynanı müzakirə etdilər

Sullivan və Wang Yi Tayvan və Ukraynanı müzakirə etdilər.

xeberaz.info xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və Çinin xarici işlər naziri Vanq Yi sentyabrın 16-17-də Maltada danışıqlar aparıb. Danışıqlar zamanı Ukrayna və Tayvandakı vəziyyət müzakirə edilib, həmçinin təmasların davam etdirilməsi barədə razılığa gəlinib. Bu barədə Ağ Evin yaydığı yazılı bəyanatda deyilir.

Qeyd olunur ki, tərəflər ABŞ-Çin münasibətlərinin əsas məsələləri, qlobal və regional təhlükəsizlik, Ukrayna münaqişəsi, Tayvan boğazı ilə bağlı məsələləri və digər mövzuları müzakirə ediblər.