Üzvlüklə bağlı Aİ-dən Balkanların ala bilmədiyi dəstəyi Ukrayna alıb.
xeberaz.info xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vucic hesab edir ki, Ukraynanın qəbulu prosesini sürətləndirən Avropa İttifaqı Kiyevə Balkan ölkələrinin heç vaxt görmədiyi dəstəyi verir.
Mənim ukraynalılara qarşı heç bir iradım yoxdur, -Vuçiç Financial Times-a belə deyib. Lakin, Aİ-nin Ukraynaya göstərdiyi dəstək, müraciətdən bir il sonra ona namizəd statusu verməsi və potensial olaraq gələn il üzvlük danışıqlarına başlaması siyasi dəstəyin olmadığını göstərir.
Serbiya prezidentinin sözlərinə görə, Aİ-nin yeni dövlətləri qəbul etmək imkanları xeyli pisləşib. “Aİ-nin qəbul etmə qabiliyyəti artmayıb. Aİ-də 10 donor və onlardan pul alan 17 ölkələr var. Onlarda heç biri ödəniş siyahısında daha çox ölkə görmək istəmir, – deyə Vuçiç bildirib.