NATO böyük hərbi təlimlər keçirməyi planlaşdırır.
xeberaz.info xəbər verir ki, Şimali Atlantika Alyansı 2024-cü ildə Soyuq Müharibədən sonra tarixində ən böyük hərbi təlim keçirəcək. Bunu Alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Osloda NATO Baş Qərargah rəislərinin illik konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Alyansın mətbuat xidməti bu xəbəri yayımlayıb.
2024-cü ildə NATO Soyuq Müharibədən sonrakı “Sabit Müdafiəçi” adlı ən böyük təlimini keçirəcək, – admiral belə bildirib.