Ən son xəbərlər:

18.09.2023/06:26/ Təyyarədə yaranan texniki nasazlıq səbəbindən prezidentlər Nyu-Yorka uça bilməyiblər

Təyyarədə yaranan texniki nasazlıq səbəbindən prezidentlər Nyu-Yorka uça bilməyiblər.

xeberaz.info xəbər verir ki, Avstriya prezidenti Aleksandr Van der Bellen Avstriya Hava Yollarına məxsus təyyarədə yaranan texniki nasazlıq səbəbindən BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka uça bilməyib. Bu barədə “Krone” məlumat yayıb.

Onun məlumatına görə, təyyarədə nasazlıq yaranıb və onu  dərhal aradan  qaldırmaq mümkün olmayıb.

Sloveniya prezidenti Nataşa Pirc-Musar da Van der Bellenlə eyni təyyarədə uçmalı imiş. Nəşrin məlumatına görə, prezident Nyu-Yorka bir qədər gecikmə ilə gələcək.