Ən son xəbərlər:

18.09.2023/06:03/ Polşa bu il Belarusla sərhəddə elektron izləmə sistemlərinin tikintisinə başlayacaq

Polşa bu il Belarusla sərhəddə elektron izləmə sistemlərinin tikintisinə başlayacaq.

xeberaz.info xəbər verir ki, Polşa hakimiyyəti Belarusla sərhəddə Buq çayında elektron izləmə sistemləri olan hasarın tikintisi üçün tender elan edib. Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski mətbuat konfransında məlumat verib.

Sərhəd Xidməti Buq çayında elektron hasarın çəkilməsi üçün tender elan edib. Onun uzunluğu 172 km olacaq.

Bütün maraqlı şirkətlər tenderdə iştirak üçün müraciət edə biləcək və onun vaxtı noyabrın ortalarında başa çatacaq. Tikintiyə bu il başlanacaq.