Gəlin Qarabağla bağlı atılması lazım olan addımları birlikdə müzakirə edək.
xeberaz.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Azərbaycan və Ermənistana liderlər səviyyəsində Qarabağ məsələsi ilə bağlı dördtərəfli görüş keçirməyi təklif etdiyini bildirib.
Bəli, bizim prioritetlərimiz əvvəllər nəzərdə tutulduğu kimi üçtərəfli formatda danışıqlar aparmaqdır. Amma biz dördtərəfli formatda görüşməyi də təklif etdik. Bu təklif təqdim olunub.
Hazırda bu təklifə nə mənfi, nə də müsbət cavab almamışıq, – deyə Ərdoğan Nyu-Yorka uçmazdan əvvəl İstanbulda yerli televiziya kanalları tərəfindən yayımlanan mətbuat konfransında bildirib.