Ən son xəbərlər:

18.09.2023/05:45/ Ukraynadan Polşaya idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarına qadağa qoyulub

Ukraynadan Polşaya idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarına qadağa qoyulub.

xeberaz.info Polşa mətbuatına istinadən xəbər verir ki, ötən şənbə günündən etibarən milli səviyyədə Ukraynadan ölkəyə bir sıra kənd təsərrüfatı mallarının tədarükünə qoyulan embarqonu qeyri-müəyyən müddətə uzadıb.

Sentyabrın 16-dan etibarən Ukraynadan Polşaya buğda, qarğıdalı, kolza, şalgam və günəbaxan idxalı qadağan edilib və embarqonun bitmə tarixi müəyyən edilməyib.

Embarqonun uzadılmasında məqsəd yuxarıda göstərilən xammalın idxalına qoyulan qadağadan yan keçmək imkanlarını məhdudlaşdırmaqdır.